“Xanımlar danışır ki, əməliyyatdan sonra burnum ağrıdı, çətinliklər yaşadım, çox qorxuram”.
Yenicag.az xəbər verir ki, bu sözləri aşıq Telli Borçalı plastik əməliyyata münasibət bildirərkən deyib.
O, plastik əməliyyatdan imtinasının səbəbini belə izah edib:
“Plastik əməliyyat etdirməmişəm, etdirənlərə də pis baxmıram. Səhnə adamıdır, hər kəs gözəl görünmək istəyir. Onu da deyim ki, əməliyyat etdirməkdən dəhşətli dərəcədə qorxuram.
Hərdən eşidirəm, xanımlar danışır ki, əməliyyatdan sonra burnum ağrıdı, çətinliklər yaşadım və sair. Çox qorxuram. Hələ ki görünüşümdən razıyam. Yenə də deyirəm, əməliyyat etdirənlərə pis baxmıram.
Özü də deyim ki, estetik əməliyyat etdirən xanımlar çox qəşəngləşiblər. Onsuz da Azərbaycan xanımları gözəldirlər, əməliyyat etdirəndən sonra daha da gözəl olurlar. Mənə də dəfələrlə təklif olunub ki, dəyişim.
Bir dəfə Anar Ağakişiyev də mənə təklif etdi, amma dedim yox, istəmirəm. Özümü kompleksli hiss edəcəyəm. Dedi, bir gün olacaq, narahat olma. Razılaşmadım. Bəlkə də estrada müğənnisi olsam, tərzimi dəyişməyə razılıq verərdim”.
Cəvahir