!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyə: "Ayda bir dəfə evinə ət ala bilməyənlər neyləsin bəs?"

!Reklam – Yazi

Pandemiyada toysuz qalan bir çox şou nümayəndələri dolanışıqlarının çətin olduğunu bəyan edib. Bəziləri borca düşdüyünü, bəziləri isə qiymətli əşyalarını satıb ailəsini dolandırdığını deyib.

Yenicag.az-a açıqlamasında aşıq Zülfiyyə isə həmkarlarından fərqli olaraq, əhalinin kasıb təbəqəsinə baxıb şükür etdiyini bildirib:

“Misal var, deyirlər, palaza bürün, elnən sürün. Camaatda vəziyyət necədirsə, hamıda eynidir. Ağlamağı xoşlamıram, onsuz da kimsə gəlib kiməsə nəsə edən deyil. Sadəcə, çətinə düşəndə betərin betərini də düşünərək, bu günkü günümüzə şükür etməliyik. İkincisi də, 130 manatla, yaxud da pensiya ilə 3-4 uşaq saxlayan ailələr var, hansı ki, ayda bir dəfə də evlərinə ət ala bilmirlər, bəs onlar neyləsin? Yaxud da heç maaş ala bilməyən ailələr, heç yerdən gəliri olmayan adamlar var, bəs onlar neyləsin? Buna görə də hər günümüzə, hər dəqiqəmizə, hər anımıza şükür edib deməliyik ki, Allahın verdiyinə də şükür, vermədiyinə də…”

Cəvahir

www.yenicag.az

1076
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv