!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aşıq Zülfiyyə: "Deməyə-gülməyə, hətta oxumağa da utanıram"

!Reklam – Yazi

“Mən bu gün deməyə-gülməyə, yeməyə-içməyə, hətta oxumağa utanıram. Şəhid anasının göz yaşlarından, şəhid balalarının ata həsrətindən utanıram.”

Bunu Yenicag.az-a açıqlamasında aşıq Zülfiyyə Tovuzda şəhid olan vətən övladlarının itkisindən danışarkən deyib:

“Unutqan olmamalıyıq. Şəhidlərimizin ruhu bizi bağışlamaz. Hər kəs həyatına davam edir, amma şəhid anaların ürəyi qan ağlayır.Cəbhədə döyüşlər gedəndə Tovuzda idik. Karantinə görə gəlmişdik. Bakıya qayıtmadıq. Bakıya qayıtsaydıq, bunu özümüzə bağışlaya bilməzdik. Çünki cəbhə bölgəsində sinəsini bizim üçün sipər edən igidlərimizdən artıq deyildik ki, kənddən çıxıb gedək. Buna görə hamımız burada qalmağa qərar verdik. Bütün şəhidlərimiz, o cümlədən qəhrəman Polad Həşimovun itkisi bizi yandırıb yaxdı. Onun xatirəsinə şeir yazıb, musiqi bəstələmişəm. Dərdimizi sazla, sözlə çatdıra bilirik. Əlimizdən bu gəlir. Məni sarsıdan bir məqam oldu, bunu demək istəyirəm. Bir videomaterialda gördüm, jurnalist camaatdan soruşur ki, sonuncu vurulan generalımızın adı nədir? Neçə adam onun adını bilmədi. Ağladım ki, yəni bu qədərmi laqeydik? Ar olsun elə insanlara ki, o cür şəhidlərimizin adını belə unudurlar. Axı o, bizim üçün şəhid oldu. İnanın, mən bu gün deməyə- gülməyə, yeməyə-içməyə, hətta oxumağa utanıram. Şəhid anasının göz yaşlarından, şəhid balalarının ata həsrətindən utanıram. Allah şəhidlərimizə rəhmət eləsin. Öz qardaşımın balası da bu gün səngərdə vuruşur. Allah bütün əsgərlərimizi qorusun”.

Cəvahir

www.yenicag.az

1806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv