“Yalandan söz atıblar, müxtəlif üsullarla məni qalmaqala çəkmək istəyiblər. Hətta dəvət aldığım verilişlərdə belə qalmaqal yaratmaq üçün bu yola əl atıblar…”
Bunu Yenicag.az-a açıqlamasında Aşıq Zülfiyyə deyib.
Sənətçi onu qalmaqala çəkmək istəyən insanlardan, dalınca danışan adamlara reaksiyasından danışıb:
“Nə qədər cəhd etsələr də, buna nail ola bilməyiblər. Deyiblər, filan həmkarın sənin dalınca danışıb, filan həmkarın özünü tərifləyib, deyib, məndən yoxdur, yaxud da başqa şey… Fətvaya getməmişəm. Demişəm, Allah canını sağ eləsin. Həmin vaxt qəzəblənib sərt fikir səsləndirməmişəm. Çünki belə şeylər mənlik deyil. Xarakterimə, tərzimə uyğun deyil. Hansısa bir kəlmədən qıcıqlanıb özümdən çıxım, kiminsə ünvanına nələrsə söyləyim, kobud fikirlər səsləndirim, bu, mümkün deyil. Kimsə desə ki, filan həmkarın sənin haqqında mənfi fikir səsləndirib, ya dalınca danışıb, yenə sərt reaksiya vermərəm. Fikirləşərəm ki, görüm həmin adam haqqında haradasa nəsə danışmışammı?Əgər elə bir şey danışmış olmaramsa, baxmayaraq ki, heç danışan da deyiləm, uzaqbaşı həmin adama zəng edib özü ilə dəqiqləşdirərəm. Soruşaram ki, belə bir söz deyiblər, bu, doğrudur, yoxsa məni aldadırlar? Belə şeylər olur. Lap eşidib, bilsəm də ki, həqiqətən, kimsə mənim haqqımda artıq-əskik danışıb, yenə cavab vermərəm. Çünki mühakimə etmək mənim işim deyil, Allahın işidir. Bu işi Allaha həvalə edərəm ki, Allahı bilsin, özü bilsin. Doğrunu bilən bir Allahdır. Biz hamımız bilərəkdən və bilməyərəkdən o qədər səhvlər edirik ki… Yanlışı olmayan bir Allahdır”.
“Heç nə zamansa sizi toy bazarından vurmaq istəyənlər olubmu, onlara reaksiyanız necə olub?” sualına Zülfiyyənin cavabı belə olub:
“Düşünmüşəm ki, yəqin, o işi Allah mənə yazmadığı üçün həmin adam vəsilə oldu və işi burdu. O adamda günah görmərəm, deyərəm, özü bilsin, Allahı bilsin. Uzaqbaşı ürəyimdə fikirləşərəm ki, niyə insanlara badalaq gəlirsən, Allah günahını bağışlasın”.
Cəvahir