Aşırı qidalanma körpənin ölümünə səbəb oldu

Rusiyanın Amur vilayətində 24 yaşlı qadın həddən artıq quru süd yedizdirməklə yeni doğulan qızının ölümünə səbəb olub.

Yenicag.az xəbər verir ki, qadına qarşı ehtiyatsızlıqdan ölümə səbəb olmaq ittihamı irəli sürülüb.

Qeyd olunur ki, aşırı qidalanma nəticəsində körpənin daxili orqanlarında patoloji dəyişikliklər ölümə gətirib çıxarıb.

İstintaq zamanı ana öz təqsirini etiraf edib. Cinayət işinin baxılması məhkəmədə davam edəcək.Rusiyanın Amur vilayətində 24 yaşlı qadın həddən artıq quru süd yedizdirməklə yeni doğulan qızının ölümünə səbəb olub.