Asiya qazının qiyməti 2021-ci ildən bəri 4 dəfə artdı

2023-cü ilin yanvarında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün ən bahalı Asiya fyuçerslərinin qiyməti çərşənbə günü də artaraq 1 milyon BTU (British Thermal Units) üçün 71,3 dollara və ya min kubmetr üçün təxminən 2560 dollara yüksəlib. Bu, 2021-ci ildən bəri dörtqat yüksək qiymətdir.

Yenicag.az xəbər verir ki, bunu CME Group məlumatları göstərir.

“Qazprom”un avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə tədarükü dayandıracağını açıqlamasından, eləcə də ABŞ-ın “Freeport LNG” terminalının fəaliyyətinin qismən bərpasının təxirə salınmasından sonra Avropanın ardınca Asiyada LNG qiymətləri artmaqda davam edir.

Bahalaşmanın digər amili isə qışdan əvvəl ehtiyatlarını artıran (anbarlarını dolduran) inkişaf etmiş ölkələr, o cümlədən alış uğrunda Yaponiya və Cənubi Koreya arasında bazarda gərgin rəqabətdir.