Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) may ayı ərzində işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb.
ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, ötən ay Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.