Aslan Hüseynovun harada dəfn olunacağı bəlli oldu

Bu gün avtomobil qəzasında faciəli şəkildə həyatını itirən müğənni Aslan Hüseynovun dəfn olunacağı yer məlum olub.

Yenicag.az xəbər verir ki, mərhum sənətçi Gəncədə – anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.

Hazırda onun cənazəsi Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ şöbəsindən Gəncəyə yola salınır.