Aslan Hüseynovun ölümə gedən yolu: “Ağlaya-ağlaya: “Anam öləndə mən oxuyub-oynayırdım”, – dedi” – VİDEO
“Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı müğənni Aslan Hüseynova həsr olunub.
Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Canbul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra təhsilini uğurla bitirdiyi Qırğız Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Musiqiyə həvəsi çox olduğundan o, Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.
Jurnalist Rövşanə Ağasəfqızı mərhum müğənni barədə xatirələrini bölüşüb: “Mənə sarı güllər gətirmişdi ki, evimin həyətinə əkim. Dedim “niyə sarı gül gətirmisən, deyirlər ki, sarı ayrılıq rəmzidir”, o da zarafatca deyirdi ki, “komsomolun canı it canıdır, bizə heç nə olmaz”. Yenə də o gülləri əkdim. Hələ də baxanda deyirəm ki, Aslanın gülləridir”.
Müğənni Sevda Kazımova Aslan bəyin anasına olan sevgisindən danışıb: “Aslanla anası bir-birinə çox bağlı idi. Anası Aslanın Moskvaya getməsini istəmirdi. Deyirdi “yol pulunu da qaytaracağam, pensiya pulumu da sənə verəcəyəm, təki sən getmə, mənimlə qal”. Aslan gedəndən üç gün sonra anası həyatını itirdi”.
Daha ətraflı Baku TV-nin videomaterialında: