!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aslan İsmayılov Rusiya xüsusi xidmət orqanlarına bağlıdır’’ – İttiham

!Reklam – Yazi

15871263_788671687948006_1419941929_nSon günlər fərqli fikirləri ilə medianın gündəmində olan hüquqşünas Aslan İsmayılov yeni müsahibəsi zamanı bir sıra partiya sədrlərini, o cümlədən Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovu “satqın” adlandırıb.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan AMİP funksioneri Əli Orucov bildirib ki, Aslan İsmayılov yol kənarında dayanıb, gəlib-gedənlərə söz atmaqla məşğul olur:

“Ən böyük xəyanətkar elə onun özüdür. Xatırlayırsınızsa, Sumqayıt hadisələrinin araşdırılması üçün Rusiya Aslan İsmayılovu göndərdi və onun əli ilə günahsız insanlara ən ağır cəzanı verdilər. Hətta bu məsələ ilə bağlı həmin dövrdə hakim olan şəxs özü dili ilə dedi. Əli Orucov ile ilgili görsel sonucuA. İsmayılov Rusiyanın xüsusi xidmət orqanına bağlı bir adamdır. “Beşinci kolon”un Azərbaycanda nümayəndəsidir. Aslan kimi adamların nə deməsi bizim üçün vacib deyil. Çünki küçədə dayanıb ona-buna söz atmaqdan, kiminsə qarasına danışmaqdan başqa onun əlindən nə gəlir ki?”

Ə.Orucov deyib ki, Aslan İsmayılov ermənilərin bir nömrəli havadarıdır:
“Çünki son olaraq, erməni şirkətinin maraqlarını müdafiə edib. Belə bir adam ölkənin, millətin taleyini düşünənlər barədə başqa nə deyəcək ki? Bu, ona verilmiş bir vəzifədir və təəssüf ki, onun kimi bir adam bunu davam etdirir”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

1080
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv