Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AŞPA-dan qaçqınlarla bağlı - Qətnamə

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Suriya ilə qonşu dövlətlərdə qaçqınların humanitar vəziyyətinə dair qətnamə qəbul edib.

Yenicag.az-ın məlumatına görə, AŞPA üzvləri yay sessiyası çərçivəsində Suriyadan qaçaraq qonşu ölkələrdə müvəqqəti məskunlaşmış qaçqınların sosial vəziyyəti – yaşadıqları acınacaqlı durum, işsizlik səviyyəsi, səhiyyə və təhsildən faydalanmaq imkanları və digər humanitar məsələlərini gündəmə gətiriblər.

Qəbul olunmuş sənəddə Suriya xalqının bu əsrin ən ağır silahlı münaqişələrindən birini yaşadığı və bunun nəticəsində bu günə qədər, təxminən, 250 000 insanın həyatını itirdiyi, 1 milyondan çox insanın xəsarət aldığı, 6,5 milyondan çox insanın qaçqın düşdüyü və təxminən, 13,5 milyon insan təhlükəli humanitar vəziyyətdə yaşadığı bildirilir və qaçqınların qəbul edilməsinə dair aiddiyyəti dövlətlər üçün yeni tövsiyələr yer alıb.

Qeyd edək ki, 2011-ci ildən etibarən 4,8 milyondan çox Suriyalı qaçqın olduğu təxmin edilir ki, onların əksəriyyəti Suriyaya qonşu ölkələrdə – 600 000-dən çoxu İordaniyada, 1 milyondan çoxu Livanda, 200 000-dən çoxu İraqda və 2 milyondan çoxu Türkiyədə məskunlaşıb.

www.yenicag.az

2578
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100