AŞPA qış sessiyasında yeni prezident seçəcək

скачанные файлы (1)Avropa Şurası Parlament Assambleyası növbəti, qış sessiyasında yeni prezident seçəcək.

Bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib. “2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır”, – deyə o, söyləyib.

AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.