!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AşPAZlıqdan AFFA-nın baş katibliyinə - TARİXİ FOTO

!Reklam – Yazi

“Aşpaz Abbas aş asmış, asmışsa da az asmış” yanıltmacını demək hər nə qədər çətindirsə, Elxan Məmmədovun da Azərbaycan futboluna rəhbərlik etdiyini düşünmək bir o qədər qəliz və düşündürücüdür. 

Onun AFFA-nın baş katibi olduğu 11 il ərzində ölkə futbolu inkişaf etmək əvəzinə, uçuruma doğru yuvarlanıb. Ölkə futbolunun hazırkı mənzərəsini göz önünə gətirsək, əlavə sübut, dəlil axtarmağa ehtiyac yoxdur.

Qeydə alınan uğursuzluqlardan sonra AFFA-ya tabe olan şəxslərin hamısı vəzifəsindən gedir və ya məcburən göndərilir. Amma Məmmədov hər dəfəsində məsuliyyəti başqalarının üzərinə yıxaraq kreslosunda qalır.

Heç bir futbol savadı olmayan “Natavan” Biznes Mərkəzinin sabiq direktoru illəri bir-birinə calayaraq, ölkə futboluna yatırılan sərmayəni cibinə axıdır. O, bu iş üzrə əsl mütəxəssisdir desək, yanılmarıq.

Yazının ilk cümləsində “Aşpaz Abbas” yanıltmacını heç də boşuna qeyd etmədik. Sizə təqdim etdiyimiz fotoda Elxan Məmmədov qarşınıza məhz aşpaz qiyafəsində gəlir. Hamının başını bişirərək…

Yaxasına taxdığı önlük də, bu işləri görərkən ləkələrdən sığortalanmaq üçündür…

Emin Səfərov

www.yenicag.az

5439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv