Reklam

Reklam

“Associated Press” Agentliyi Azərbaycanda prezident seçkiləri ilə bağlı yazı dərc edib.

Yenicag.az bildirir ki, fotosessiya ilə verilmiş məqalədə hazırkı prezident İlham Əliyev atası kimi stabilliyin təminatçısı qoruyucu rolunda çıxış edir və bu, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yaranan xaos və çaxnaşmalara dair xatirələri hələ təzə olan xalq tərəfindən razılıq və rəğbətlə qarşılanır.

Məqalədə qeyd olunur ki, İlham Əliyev əhalisinin əksəriyyətini şiə müsəlmanları olan təxminən 10 milyonluq xalqı enerji və təhlükəsizlik maraqlarını müdafiə etməklə və Rusiyanın strateji Xəzər regionuna təsirini balanslaşdırmaqla Qərblə birləşdirib.

“Payıza planlaşdırılan prezident seçkiləri aprelə keçirilib. Rəsmilər deyir ki, bu dəyişiklik ölkənin 2018-ci ilin axırında yüksək səviyyəli tədbirlərlə ev sahibliyi edəcəyi ilə bağlıdır.

İlham Əliyev ölkəyə 2003-cü ildən rəhbərlik edir. Sorğular əhalinin 80 faizdən çoxunun onu dəstəklədiyini göstərir. 2013-cü ildə İlham Əliyev son seçkilərdə qalib gəldikdən sonra Azərbaycan Konstitusiyasına prezidentlik müddətinin 5 ildən 7 ilə kimi uzadılması barədə dəyişiklik edilib”, – deyə məqalədə bildirilir. (APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1216
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."