!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Assosiativ Saziş” məsələsi gündəmə gəlməyəcək”- Qabil Hüseynli

!Reklam – Yazi

ukraynagurcustanAvropa İttifaqı ilə Ukrayna və Gürcüstan arasında əldə edilən razılığa əsasən, bu ölkələrin vətəndaşları Avropaya vizasız gedib-gələcəklər.

Ancaq buna qədər vizasız gediş-gəliş və digər məsələləri özündə əks etdirən Ukrayna və Gürcüstanla Aİ arasında “Assosiativ Saziş” imzalanmışdı. Aİ Azərbaycana da “Assosiativ Saziş”lə bağlı təkliflər versə də, rəsmi Bakı bundan imtina etmişdi.

Bu gün xarici işlər nazirinin müavini Nadir Hüseynov isə deyib ki, Azərbaycan Avropa ilə vizasız rejimə tam hazırdır. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar gedir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Avropa ilə Azərbaycan arasında son iki ayda müntəzəm danışıqlar gedir. Onun sözlərinə görə, Azərbaycanın Aİ ilə münasibətləri tədricən qaydasına düşməkdədir:

Qabil Hüseynli ile ilgili görsel sonucu“Ona görə də Avropa İttifaqı Azərbaycanı Ukrayna və Gürcüstanla bərabərhüquqlu hesab edərək, ölkəmizə də vizasız gediş-gəliş imkanı yaratmaq istəyir. Yəqin ki, bununla bağlı Azərbaycan qarşısında müəyyən texniki şərtlər də qoyulacaq. Rəsmi Bakı bu şərtləri yerinə yetirdikdən sonra Azərbaycanla Avropa İttifaqı arasında vizasız gediş-gəliş mümkün olacaq”.

Q.Hüseynli Aİ-nin əvvəllər təklif etdiyi “Assosiativ Saziş” məsələsi ilə bağlı şərtlər irəli sürülmədiyini deyib:
“Çünki Avropa İttifaqı Azərbaycanın geosiyasi vəziyyətini yaxşı başa düşür. Bilirlər ki, Azərbaycanın manevr imkanları azdır və bu nöqteyi-nəzərdən hələ ki, “Assosiativ Saziş” məsələsinin gündəmə gəlməyəcəyini hesab edirəm”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv