AST Telmanın oteli tanınmaz halda – FOTO – Yenicag.Az

Reklam

Reklam

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollara tikdirdiyi, borclarına görə müsadirə olunan “Mardan Palace” otelinin son görüntüləri yayılıb.

Yenicag.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir vaxtlar dünya ulduzlarını qonaqlayan dünyanın ən lüks otellərindən olan “Mardan Palace”da hazırda baxımsızlıq hökm sürür.

Ötən ilin avqustundan qonaq qəbulunu dayandıran oteldə hazırda sadəcə 30 nəfərdən ibarət təhlükəsizlik əməkdaşı var. Borca görə suları kəsilən otelin yaşıllıq sahələri məhv olub, orada saxlanılan heyvanların bir qismi isə ölüb. Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1059
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."