!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astana danışıqları və ABŞ siyasətinin iflası - Terrorçuları kim dəstəkləyir?

!Reklam – Yazi

 

“Türkiyə bu məsələdə tam haqlıdır. PYD bütün dünya tərəfindən terror təşkilatı kimi tanınır”.

Bu sözləri Yeniçağ.az-a Türkiyə və Rusiya arasında Astanada baş tutacaq görüşdə ABŞ-ın PYD terror təşkilatının da iştirakını tələb etməsinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib.

Asim Mollazadə ile ilgili görsel sonucuMillət vəkili bildirib ki, həmin terror təşkilatı bu görüşdə iştirak edərsə, beynəlxalq hüquqları qorumaqla yanaşı, Türkiyə dövlətinin təhlükəsizlik maraqlarına ziddir:

“Mövlud Çavuşoğlunun çıxışını tamamilə doğru hesab edirəm. PYD-ni masa arxasına dəvət etmək, İŞİD-lə danışıqlarda iştirak etməyə bərabərdir. Mənə elə gəlir ki, Türkiyə buna imkan verməyəcək”.

Politoloq Arzu Nağıyevin fikrincə, Astanada nəzərdə tutulan görüş yəqin ki, yanvar ayının 23-də olacaq:Arzu Nağıyev ile ilgili görsel sonucu

“Bu tarixi seçməkdə Rusiya Donald Trampın nümayəndə heyətini danışıqda görmək istəyir; bununla da Obama administrasiyasını inkar edir. Bu günə qədər Tramp administrasiyası görüş barədə cavab verməyib. ABŞ görüşə gəlməsə, bu görüşün ümumiyyətlə, əhəmiyyəti olmayacaq. Əgər iştirak edərsə bu, ABŞ və Rusiya görüşünün təməli ola bilər”.

Məlumdur ki, Suriyada münaqişə 2011-ci ildən başlayıb və burada dövlət qoşunları, müxalifət, radikal islamçı qruplar, kürdlər və digər qüvvələr vuruşur:

“Hər bir qrupun da öz məqsədi var. Təbii ki, Türkiyənin də əsas maraqlarından biri sərdəhləri yaxınlığında PKK-nın və PYD-nin də iştirakı ilə Kürdüstan dövlətinin yaranmamasıdır. Məhz buna görə də Türkiyə xarici işlər naziri Çavuşoğlu həmin qüvvələrin görüşdə iştirak etməməsini istəyib və bəyanatla çıxış edib. Düşünürəm ki, ABŞ bu danışıqlar da maraqlı olarsa, belə bir tələb də irəli sürməz”.

 

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv