“Astana” Roman Qriqorçukla yollarını ayırdı

Qazaxıstanın “Astana” klubu əsas komandanın baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, Roman Qriqorçuk 2018-ci ilin yayından “Astana”nın baş məşqçisidir. 2015 – 2018-ci illərdə “Qəbələ”də işləyən ukraynalı məşqçi ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.