Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana zirvəsinin iştirakçısı olan ölkələr – Türkiyə, İran və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.
Görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.
Görüşdə dördlüyün ortaq qərar kimi konstitusiya komitəsinin qurulduğunu elan etməsi gözlənilir.
Qeyd edək ki, görüşə BMT-nin Suriyadakı xüsusi təmsilçisi Stefan Mistura rəhbərlik edəcək.