Astanada ölkə tarixinin ən irimiqyaslı hərbi paradı keçirildi – FOTO

Bugün Astanada Qazaxıstan Silahlı Qüvvələrinin yaradılmasının 25 illiyinə və Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunmuş hərbi paradı keçirilib.

Yeniçağ.Az-ın məlumatına görə, paradı Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Nazarbayev qeyd edib ki, hazırda Qazaxıstan Silahlı Qüvvələri modernləşməsinin tarixi mərhələsini yaşayır: “Ordunun yeni prinsipial fəaliyyət istiqaməti terrorizmlə mübarizədir. Qazaxıstan ordusu istənilən təhlükəni dəf etməyə hazır olmalıdır”.

Bu Qazaxıstanda indiyə qədər keçirilən ən böyük hərbi paraddır. Parada 5 mindən çox hərbçi iştirak edir, 300 silah və texnika növü etdi.

Qeyd edək ki, hərbi parad Astanada “Qazax eli” monumentinin qarşısındakı meydanda keçirilir. Bu, son illər ən geniş masştablı hərbi paraddır.

Yeniçağ.Az