!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astanada Suriyada dörd deeskalasiya zonalarının yaradılmasına dair memorandum imzalanıb

!Reklam – Yazi

Qazaxıstanın paytaxtı Astanada Suriyada dörd deeskalasiya zonalarının (münaqişə tərəfləri arasında atəşkəs rejiminin tətbiq olunduğu və aviasiya uçuşlarının dayandırıldığı rayonlar-red.) yaradılması barədə memorandum imzalanıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, sənəd Suriyada münaqişə tərəflərinin və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri tərəfindən imzalanıb.

Suriya müxalifəti və hökumətinin nümayəndələri sənədi imzaladıqdan sonra, saziş atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, ABŞ və BMT nümayəndələri tərəfindən də imzalanıb.

Məlumata görə, razılaşma deeskalasiya zonalarının İdlib əyalətində, Homs şəhərindən şimalda, Şərqi Quta və Suriyanın cənubunda yaradılmasını nəzərdə tutub. Sazişə əsasən, qeyd olunan zonalarda hava məkanı Suriya Hərbi-Hava Qüvvələri üçün qapalı, Rusiya Hərbi-Kosmik Qüvvələri üçün isə açıq olacaq.

“RİA Novosti”nin xəbərinə görə, müxalifət nümayəndələrinin səs-küy salması səbəbindən memorandumun imzalanması mərasiminə bir neçə dəfə ara verilib. Müxalifətçilərdən bəziləri danışıqlar zalını tərk etsə də, nümayəndə heyətinin böyük hissəsi imzalanma mərasimində sonadək iştirak edib.

Agentliyin məlumatına görə, memorandum birbaşa hərbi qarşıdurmaların qarşısının alınması üçün deeskalasiya zonaları boyunca təhlükəsiz rayonların yaradılmasını nəzərdə tutur. Zəmanətçi ölkələrin işçi qrupu isə mayın 22-dək Suriyada gərginlik və deeskalasiya rayonlarının xəritələrini hazırlayıb başa çatdırmalıdır.

Qeyd edək ki, Astanada 3-4 may tarixlərində Suriyaya dair danışıqlar keçirilib. Danışıqlarda Suriya müxalifəti və hökumətinin nümayəndə heyətləri, habelə atəşkəs razılığının zəmanətçiləri olan Rusiya, İran, Türkiyə, ABŞ və BMT nümayəndələri iştirak ediblər.

Yeniçağ.Az

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv