Astara-Bakı sərnişin qatarı piyadanı vurub öldürdü

Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən rayon sakini sərnişin qatarı ilə vurulub.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

COP29