Astara sakini intihar etdi – 29 yaşında

Astarada 29 yaşlı kişi intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Astaranın Şümrüd kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

V. Musayevin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

COP29