Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Astara sakinində odlu silah aşkarlandı

Astarada 42 yaşlı kişidən tüfəng və bıçaq tapılıb.

Yenicag.az-ın məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

www.yenicag.az

1267