Astara xəstəxanasındakı görüntülərlə bağlı AÇIQLAMA – VİDEO

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) Astara Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan videomateriallarla bağlı açıqlama yayıb.

Yenicag.az-a verilən məlumatda bildirilir ki, xəstəxanadakı çatışmazlıqlar aradan qaldırılır.

Qeyd olunub ki, videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb: “TƏBİB-in rəhbərliyi ötən gün Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib. Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək. Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik”.

Korona virusla mübarizə aparan ölkə səhiyyəsi.

Gepostet von Patoncik Paroncik am Mittwoch, 26. Februar 2020

COP29