Astarada ağır qəza: 2 nəfər ölüb

qaz201521Astarada ağır yol qəzası olub.

Dekabrın 31-də saat 21 radələrində Astara rayonunun Kələdəhnə kəndində rayon sakini Kamil Qəhrəmanov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini – həmyerlisi Qeysər Qəhrəmanov hadisə yerində ölüblər.

Astara RPŞ tərəfindən araşdırma aparılır.