Astarada ağır qəza: ölən və yaralananlar var – Fotolar

Astarada qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Yenicag.az-a daxil olan məlumata görə, hadisə rayonun Kijəbə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi “VAZ-21011” markalı maşın maneəyə çırpılıb. Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Astara rayonu, Şuvi kənd sakini, 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədovu xilas etmək mümkün olmayıb. Ağır kəllə-beyin travması alan şəxs gecə saatlarında vəfat edib.

 

Yenicag.az