!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada canavar hücumuna məruz qalan uşaqlardan birinin vəziyyyəti ağırdır - AÇIQLAMA

!Reklam – Yazi

Astara rayonu Süvü kəndində canavarların hücum etdiyi sakinlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. 

Bu barədə Yenicag.az-a məlumat verən Süvü kənd məktəbinin direktoru Rinat Fərzəliyev hadisəni belə təsvir edib:

“Səhər saat 8 radələrində uşaqlar məktəbə gedəndə, canavar onlara hücum edib. Allah istəyib ki, uşaqların bəzilərinin valideynləri yanlarında olub. Onlar övladlarını xilas edə bilsələr də, özləri ağır yaralanıblar. Elə məktəblilər də yaralıdır.

Birinci dəfə deyil ki, cavnarlar kənddə insanlara hücum edir. Dəfələrlə onlar mal-qaraya və əhaliyə hücum ediblər. Biz xəstəxana ilə əlaqə saxlayırıq. Bildiyimizə görə, yaralılardan birinin vəziyyəti ağırdır”.

Hadisə haqqında Yenicag.az-a danışan Rahim adlı kənd sakini isə bunları deyib:

“Biz hadisəni eşidən kimi xəstəxanaya gəldik. İndi hamımız gözləyirik. Həkimlər yaraları tikib, quduzluq əleyhinə vaksinlər vurub.

Bəzilərinin, xüsusilə, yaralı uşaqlardan birinin vəziyyəti yaxşı deyil. Canavar uşağa ağır xəsarət yetirib”.

Qeyd edək ki, bu gün səhər saatlarında məktəbə gedən şagird və valideynlər canavarların hücumuna məruz qalıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb.

Cəvahir

www.yenicag.az

4147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv