!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada əməliyyat: 4 avtomat, 2 bıçaq, 1 patron darağı götürüldü

!Reklam – Yazi

Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.

Yenicag.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.

www.yenicag.az

3696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv