Astarada evdən kişi meyiti aşkar edilib.
Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Astaranın Artuba kəndində qeydə alınıb.
Kənd sakini ,1957-ci il təvəllüdlü Nizaməli Eynəli oğlu Baxşıyevin meyiti bu gün yaşadığı evdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Lənkəran morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.