Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Astarada heyvanların kütləvi tələf olmasının SƏBƏBİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Astara rayonu, Ərçivan kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus heyvandarlıq təsərrüfatında aparılmış dezinseksiya işlərindən sonra heyvanlar arasında kütləvi tələfat baş verməsi ilə bağlı araşdırma aparır.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı dərhal zəruri müalicə və baytarlıq-sanitariya tədbirlərinin görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub və istifadə olunmuş preparatların tərkibi ilə bağlı müvafiq araşdırmalara başlanılıb: “İlkin ehtimala görə iri buynuzlu heyvanlarda tələfatın əsas səbəbi aparılmış dezinfeksiya zamanı preparatlardan düzgün istifadə olunmaması və təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulmasıdır. Hazırda araşdırma davam etdirilir, araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq”./Report/

www.yenicag.az

1962
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS