Astarada “Mercedes” aşdı – sürücü öldü

Astarada ölümlə nəticələnən qəza hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat ximətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 9-da saat 2 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində kənd sakini İntiqam İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb.

Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.