Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Pensər kəndində baş verib.
Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək həmkəndlisi Nəsirova Xəyalə Məzahir qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Həmçinin nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq, onu sıradan çıxarıb.
Faktla bağlı araşdırma aparılır.