Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin davamı olaraq Astarada su festivalı keçirilib.
Yeniçağ.Az xəbər verir ki, tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, «Əvəsor» Folklor Xalq kollektivi və Rövşən Cabbarovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 11 aprel tarixində Şirvan rayonu olacaq.
Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq. (APA)
Yeniçağ.Az