Astarada yol qəzası baş verib, ölən və yaralanan var

teciliyardimAstarada ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb.

Sürücülərinin kimliyi hələlik məlum olmayan “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların bir sərnişini aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, daha bir nəfəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.(APA)

Yenicag.az