İngilis lüks avtomobil istehsalçısı “Aston Martin” Çindəki avtomobillərini geri çağırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Çinə idxal etdiyi və hər biri 200 min dollar dəyərində olan 111 ədət 2016-2017-ci il “DB11” model avtomobilini geri çağırıb.
Çinin keyfiyyət müşahidə heyətinin verdiyi məlumata görə, çağırılmanın səbəbi 2016-cı il noyabr və 2017-ci ilin may ayları müddətində buraxılan avtomobillərin təkərində olan problemdir.
Əməliyyat avqustun 1-dən etibarən başlayacaq.
Müşahidə heyəti istehsalçı firmanın qəzalı hissələri pulsuz dəyişdirəcəyini də qeyd edib.