Aşura günü harada qan vermək olar? – Siyahı

237023Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə – oktyabrın 24-də qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb.

Həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında, ümumilikdə, 14 yerdə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu -Təzəpir məscidi;

2. Yasamal rayonu – Hacı Soltanəli məscidi;

3. Səbail rayonu – Bibi-Heybət məscidi;

4. Səbayel rayonu – İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu – Qaraçuxur məscidi;

6. Xəzər rayonu – “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu – Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri – Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu – Əjdərbəy məscidi.

Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni oktyabrın 23-dən – Tasua günündən başlayacaq(Qaynar.info).