!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

At əti satanlar saxlanıldı

!Reklam – Yazi

unnamed-2Qəbələdə at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

ARB Şəki xəbər verir ki, Qəbələ rayon polis şöbəsinin əməkdaşları rayonun Nic qəsəbəsi ərazisində Bakı istiqamətində hərəkət edən “VAZ 21 06” markalı avtomobili şübhəli şəxs qismində saxlayaraq baxış keçirib.

Nəticədə avtomobilin yük yerində kəsilərək parçalanmış, lakin dərisi soyulmamış at əti aşkarlanıb. Hadisə yerinə rayon baytarlıq idarəsinin mütəxəssisləri cəlb olunub. Müvafiq sənədləşmə işləri aparılıb və ət nümunələri müayinə olunmaq üçün respublika baytarlıq idarərəsinin laboratoriyasına göndərilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, İsmayıllı rayon sakinləri Vüqar Süleymanov və Zahid Hacıyev əlbir olaraq vətəndaşlardan aldıqları atları heç bir sanitar tələblərə cavab verməyən şəraitdə kəsib və satmaq üçün Bakı şəhərinə aparırlarmış. Araşdırma nəticəsində həmin şəxslərin Şamaxı, İsmayıllı, Oğuz və Qəbələ rayonu ərazisində əvvəllər də at alaraq kəsib və müxtəlif yerlərdə satdıqları üzə çıxıb.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun akt və protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.

www.yenicag.az

643
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv