Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

At və eşşək ətini mal ətindən necə ayırmaq olar? - FOTOLAR

At və eşşək ətini normal ətdən ayırmaq heç də çətin deyil.

Yenicag.az xəbər verir ki, zaman-zaman bəzi qəssablar at və eşşək ətini sataraq pul qazanırlar. Alıcılar isə bu vəziyyətdən xəbərsiz olduqları üçün həmin dələduzlar cəzasız qalır.

Ancaq at və eşşək ətini digər ətlərdən fərqləndirmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur.

Birinci növbədə, at əti tam qırmızı rəngdə yox, ciyərə bənzər tünd qəhvəyi rəngdə olur. Mal əti isə qıpqırmızı olur.

At və eşşək əti daha çox lifli olur, buna görə də, onları çeynəmək olduqca çətindir.

Həmçinin, bu ətlərin üstündə olan yağ təbəqəsi mal ətinə nisbətən sarı rənglidir. Məlum olduğu kimi, qoyun, inək kimi heyvanlarda piy qatı ağ rəngdə olur.

www.yenicag.az

2681
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS