Ata 13 yaşlı qızı ilə münasibətdə olan yaxın dostunu öldürüb

34 yaşlı kişi 23 yaşlı dostunu başından və çiyinlərindən vuraraq öldürüb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Çanaqqala vilayətində baş verib. 34 yaşlı E.O. yaxın dostu 23 yaşlı G.Ö.-nü ov tüfəngi ilə vurub. Buna səbəb isə dostunun 13 yaşlı qızı ilə münasibətdə olduğunu öyrənməsi olub.

Hadisədən 4 gün keçdikdən sonra tutulan və təqsirini etiraf edən E.O. barəsində cinayət işi açılıb.

Qeyd edək ki, iki dost daha əvvəl insan alverindən tutulubmuş.