!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ata 15 yaşlı qızını niyə öldürdü? – Təfərrüat – Video

!Reklam – Yazi

529c1b2f-a270-418d-ad06-dd3748b29c72Ağdam rayon sakini 15 yaşlı Aygün Cabbarova, bibisi 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Yenicag.az-ın Region.TV-yə istinadən verdiyi məlumata görə, dərhal araşdırmaralara başlayan Abşeron Rayon Polis Əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib. Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları, araşdırmalarını davam etdiriblər.

Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burda qalmalı olub.

Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə qəzəbinə sahib çıxa bilməyən ata, bıçağa əl atıb. O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb: “Səhər saat 8 də. Bıçaq elə şkafın qabağında idi. Bıçağı götürdüm elə, vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata vurma, ay ata vurma. Da mən də vurdum”.

Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə sonradan peşman olub: “Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşıyacam ki, nə də çıxıb gedə biləm”.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

 

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv