Şəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.
1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırma aparılır.