Türkiyədə ata 7 yaşlı oğlunu 12 saat girov saxlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzeti məlumat yayıb.
Bildirilir ki, Türkiyə hüquq-mühafizə orqanlarının Ankarada keçirdiyi əməliyyatdan 12 saat sonra silahlı ata tərəfindən girov götürülən yeddi yaşlı uşaq xilas edilib.
“Psixoloji problemləri olduğu və narkomaniyadan əziyyət çəkdiyi iddia edilən 35 yaşlı H.V. oğlu M.E.V.-ni tapança ilə girov götürüb.
O, uşağı iki həftə əvvəl boşandığı arvadı S.Y.-ya vermək istəməyib. X.V.-nin yaşadığı ünvana polisin xüsusi təyinatlıları, yanğınsöndürmə briqadası və təcili yardım briqadası göndərilib”, – nəşr yazıb.
12 saatlıq razı salma cəhdlərinə mənfi reaksiya verən H.V.-ya qarşı uşağı xilas etmək üçün xüsusi əməliyyat təşkil edilib.
“H.V. atışmadan sonra ayağından yaralanıb və zərərsizləşdirilib, oğluna psixoloji yardım göstərilir”, – deyə nəşr əlavə edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xuraman Etibarlı