Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.
Bildirilib ki, həbs edilmiş şəxs İlkin İlham oğlu Vəzirova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı xurmaların içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,831 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.