Uzun müddətdir 2 qızından xəbər ala bilməyən ata onları efirdə görüb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Avstriyanın Vyana şəhərində yaşayan 44 yaşlı Əlvan Koçak 7 il əvvəl Gülpəri T.-dən boşanıb. Qadın 3 uşağını götürərək Türkiyəyə geri qayıdıb. Tək yaşayan ata bundan sonra 17 və 19 yaşlı qızları ilə telefon vasitəsilə əlaqə saxlayıb. Lakin uzun müddət əvvəl onların əlaqəsi kəsilib. Kişi sadəcə böyük qızının arada bir onun suallarına cavab verdiyini deyib.
Daha sonra isə qohumları ona xəbərdarlıq edərək qızlarının verilişdə “şou” göstərdiyini bildiriblər. Hər iki qızını Adnan Oktarın verilişində görən ata təcili şəkildə Türkiyəyə qayıdaraq məhkəməyə müraciət edib.
O, qızlarının zorla oteldə saxlanıldığını və verilişlərə çıxarıldığını iddia edir.