!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ata, mənə söz vermişdin” – Şəhid qəhrəmanın oğlu - VİDEO

!Reklam – Yazi

Allahın sənə lütf etdiyi qısa, lakin şan-şərəfli taleyini fəxarətlə yaşadın, cəsurluğun, şücaətinlə zirvələri fəth etdin. Daşıdığın adın haqqını verib, elinə-obana, bütün Azərbaycana layiq bir oğul oldun şəhid qəhrəman. Bu gün təkcə doğmaların, ailən, övladların deyil bütün Azərbaycan səninlə qürur duyur, qəhrəmanlığınla fəxr edir. Çünki sən bir evdən yox, həm də bir eldən getmisən.

Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qənbərovun şəhadətinin 4-cü ildönümü münasibətilə Bərdə rayonunda keçirilən anım tədbirində cəsur qəhrəmanın arzularından, keçdiyi şərəfli ömür yolundan danışıb, onu sonsuz sevgi ilə yad etdilər.

Anan bitib-tükənməyən Vətən, yurd sevgindən danışıb, dünyanın ən gözəl sözləri ilə boyunu oxşadı, qoxunu almaq üçün məzarına sarıldı, igid qəhrəman.

Yurdunu işğaldan azad etmək arzusu ilə hərbiçi olmaq istəyirdin. Arzun ürəyində qalmadı, kam aldın, torpaqlarımızı düşmən tapdağından xilas edib, adını ürəklərə həkk etdin.

Vətəninə layiq cəsur, igid qəhrəman qanınla tarix yazdın.

Vətənsevərliyin, sadiqliyinlə döyüşçü yoldaşlarının da sevimlisinə çevrildin. Döyüşçü yoldaşın gözünü belə qırpmadan əliyalın, silahsız halda nəşini düşmən tərəfdən güllə yağışı altından çıxardı.

Bu gün iki yadigarın, iki ciyərparan ocağının çırağını yandırır. Övladların səninlə öyünür, səninlə fəxr edir. Oğluna söz vermişdin, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edib, onu yurd yerlərinə aparacaqdın. Bu gün ruhun şaddır, çünki qanını axıtdığın o yerlərdən Vətən sevgisi cücərir.

… Adına küçə və bulaq da istifadəyə verilib. Hər o yoldan keçəndə, hər o bulaqdan su içəndə ruhuna rəhmət oxunur, şəhid qəhrəman. Xatırlanırsan və xatırlandıqca da ürəklərdə yuva qurub əbədi yaşayırsan.

Məsimə Məmmədova
Samir Məcidov

COP29

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv