Zərdabda ata oğlunu bıçaqlayıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb.
Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.