İmişlidə 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.
A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsinin əlindən qaçıb və maşının altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.
Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.