Ata və oğlunun öldüyü dəhşətli qəzanın görüntüləri – Video

Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, “VAZ 2106” markalı minik avtomobili ilə “Shachman” yük avtomobili toqquşub.

Nəticədə “VAZ 2106”da olan iki nəfər – sürücü, Saatlı rayonu Mircəlal kənd sakini 59 yaşlı Həsənxan Astanov və onun oğlu 28 yaşlı Dəyanət Astanov hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Yenicag.az