Ata və oğul küçədə döyüldü

Şəmkirdə ata-oğul küçədə döyülüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakinləri – 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.